Xəbər lenti

Video 10:57 15.06.2023

Məşhur "Alagöz" Mədəniyyət Könüllüləri tərəfindən yeni ifada (VİDEO)

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən silsilə layihələr həyata keçirilir.

Qaynarinfo xəbər verir ki, bu dəfə isə Heyədr Əliyevin daha bir sevimli mahnısı olan "Alagöz" fərqli bir quruluşda ifa edilib.

Musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə məxsus olan və Rəşid Behbudovun repertuarından ifa edilən "Alagöz” mahnısı Mədəniyyət Könüllüləri İctimai Birliyi tərəfindən yeni nəfəslə geniş tamaşaçı kütləsinə təqdim edilir.

Məşhur "Alagöz" bu dəfə Bəbir Bəbirli, İlkin Dövlətov, Ərəstun Quliyev və Qarabağ qazisi Məbud Əhmədov tərəfindən ifa olunmuşdur. Tarda ifa Əməkdar artist Şəhriyar İmanova aiddir.
 
Layihənin bədii rəhbəri Bəbir Bəbirli, klipin operator və montajçısı Əliəsgər Mirzəyevdir. Çəkiliş Beynəlxalq Muğam Mərkəzində baş tutmuşdur. 

Mədəniyyət Könüllüləri İctimai Birliyinin sədri Ülviyyə Bəbirlinin sözlərinə görə belə layihələr yeni səslər və simaların tanınması məqsədilə davamlı olaraq ictimaiyyətə təqdim olunacaqdır. 

Ü. Bəbirli qeyd etmişdir ki, "Bu layihəni Ulu Öndərimizin ölməz ruhuna ehtiram əlaməti olaraq məhz 15 İyunda təqdim etmək istədik və çox sevinirik ki, bunu edə bildik. Biz hər zaman Öndərimizin yolundayıq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?