Xəbər lenti

Məşhur müğənni fermaya köçüb toyuq saxlamaq istəyir
Maqazin 20:25 09.09.2024

Məşhur müğənni fermaya köçüb toyuq saxlamaq istəyir

Britaniyalı müğənni Adel Münhendə verdiyi konsertdə fermaya köçmək istədiyini etiraf edib. 

Qaynarinfo xəbər verir ki, üç ev iti olan 36 yaşlı ulduz heyvanlarla daha çox ünsiyyətdə olmaq, toyuq və kərtənkələ saxlamaq istəyir.

"Mən toyuqlara sahib olmaq və kiçik bir təsərrüfat qurmaq istəyirəm. Bütün vaxtımı sizin kimi insanlarla, izləyicilərimlə və heyvanlarla keçirirəm. Düşünürəm ki, insanlar mənim əsəblərimi məhv edirlər", deyə müğənni bildirib.

Qeyd edək ki, bu yaxınlarda böyük səhnədən getməyə qərar verən məşhur Adel ikinci dəfə ailə qurur. Müğənni və sevgilisi, idman agenti Riçi Polun münasibətlərini rəsmiləşdirməsi ilə bağlı şayiələr uzun müddətdir ki, dolaşırdı. Bir müddət əvvəl xarici media cütlüyün restorandan çıxarkən yeni fotolarını çəkə bilib. Adel üzünü kameralardan gizlədib, lakin bu yolla barmağına qiymətli nikah üzüyü taxdığını təsdiqləyib.

Nəşrə məlumat verən mənbə qeyd edib ki, nişan ötən həftə baş tutub. "Riçi ona dörd karatlıq brilyant qaşlı inanılmaz üzük bağışladı. Ertəsi axşam onlar bunu şampan ilə qeyd etdilər", deyən mənbə qeyd edib ki, sevgililər artıq ailələrinə və dostlarına evlilik xəbərləri barədə məlumat veriblər. 

Şayiələrə görə, cütlük 2025-ci ilin sonunda evlənməyi planlaşdırır.

Qeyd edək ki, Adel 15 "Gremmi "mükafatının qalibi və iki dəfə "İlin albomu", "İlin rekordu" və "İlin mahnısı" nominasiyalarını qazana bilən ilk müğənnidir. Onun "Skyfall" mahnısı "Oskar" və "Qızıl Qlobus" mükafatlarını qazanıb.

2011-ci ildə ulduz iş adamı Simon Koneçki ilə görüşməyə başlayıb. Bir il sonra onların Anselo Ceyms Koneçki adlı oğlu dünyaya gəlib. Sonra cütlük gizli şəkildə evlənib, lakin artıq 2019-cu ildə boşanmaları məlum olub.

Daha sonra Adel Riçi ilə münasibət qurmağa başlayıb. Maraqlıdır ki, indi cütlük heç nəyi açıq şəkildə şərh etmir və müğənninin özü nadir hallarda şəxsi məsələlərdən danışır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->