Türkiyənin məşhur müğənnisi Edis Bakıda konsert verəcək
Hava limanında Qaynarinfo-nun suallarını cavablandıran müğənni azərbaycanlı pərəstişkarlarının onun üçün xüsusi yer tutduğunu bildirib.
Sənətçi azərbaycanlı fanatlarını digər ölkələrdəki pərəstişkarlarından fərqləndirən xüsusiyyətdən danışarkən deyib ki, Bakıda Crystal Hall-da verdiyi konsert karyerasının ən unudulmaz çıxışlarından olub.
"Həyatımın ən önəmli konsertlərindən birini burada vermişəm. Crystal Hall-da keçirdiyim konsert mənim üçün hələ də unudulmazdır. Ümid edirəm ki, yenidən belə bir konsert təşkil edəcəyik. Orada qurulan bağ və o xüsusi gecəni birlikdə yaşamağımız mənim üçün hər zaman fərqli məna daşıyır", – deyə Edis bildirib.
Müğənni əlavə edib ki, Azərbaycan tamaşaçısının sevgisi ona daha səmimi görünür:
"Azərbaycanda hər zaman özümü qarşı fərqli sevgi hiss edirəm. Doğrudan da, bu ölkənin insanları möhtəşəmdir".
Qeyd edək ki, o bu gün "Dream Fest 2026" festivalında əsas müğənni kimi səhnəyə çıxacaq.
Günay
Şərhlər