Xəbər lenti

Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı (FOTO)
Foto 09:10 24.07.2026

Cəbrayıl, Ağdərə və Xocalıya növbəti köç yola salındı (FOTO)

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonun Şükürbəyli, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Qaynarinfo xəbər verir ki, bu mərhədə Cəbrayılın Şükürbəyli kəndinə 12 ailə, 55 nəfər köçürülür.

Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər yola salınıb.

Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər köçürülür.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->