Hər bir qadın baxımlı görünmək istəyir, lakin genetik səbəblərdən saç quruluşu hər kəsdə eyni olmur. İncə və seyrək saçlı xanımlar saçlarını daha gur göstərmək üçün müxtəlif üsullara müraciət edirlər. Saç kəsimi isə bu məqsədə çatmağa kömək edən əsas amillərdən biridir.
Qaynarinfo-nun məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi saç kəsimləri xüsusi düzümə ehtiyac olmadan belə incə saçları vizual olaraq daha qalın və həcmli göstərə bilər.
İncə saçları daha gur göstərən 5 saç kəsimi
Dalğalı laylar
Bu saç kəsimi təbii buruq saçlı qadınlar üçün uyğundur. Saçlarını bigudi ilə burmağa və ya buruq maşasından istifadə etməyə üstünlük verənlər də bu modeli seçə bilərlər, lakin bu halda əlavə düzüm tələb olunur.
Dalğalı buruqlar saçlara həcm verir, layların bir-birinin üzərinə düşməsi isə saçların daha dolğun görünməsinə kömək edir.
Yan ayrımlı çolka ilə laylı bob
Stilistlər incə saçlara həcm verən saç kəsimlərindən danışarkən tez-tez "bob” modelini qeyd edirlər. Bunun əsas səbəbi bu saç kəsiminin universal olmasıdır. O, həm çiyinə qədər uzanan, həm də daha qısa saçlarda uğurlu görünür.
Əsas məqam saçların laylarla kəsilməsi və çolkanın yana daranmasıdır. Bu zaman saçın teksturası daha həcmli görünür, yana ayrılmış çolka isə üz cizgilərini yumşaldır.
Səliqəli düz kəsimli bob
İncə saçlara həcm vermək üçün uyğun saç kəsimi axtaranlar bərabər kəsimli "bob” modelinə üstünlük verə bilərlər.
Bu saç kəsimi saçları vizual olaraq daha gur göstərir. Bunun səbəbi ucların parçalanmış görünməməsidir. Düz kəsim saçlara daha dolğun görünüş verir. Saçlara işıqlandırıcı rəng keçidləri əlavə edildikdə isə onların daha sıx görünməsi mümkündür.
Çolka ilə dağınıq laylar
İncə saçlar üçün digər uğurlu seçim çolka ilə "dağınıq” laylı saç kəsimidir.
Saçların boyun səviyyəsinə qədər kəsilməsi və layların düzgün yerləşdirilməsi tövsiyə olunur. Bu, tekstura yaradaraq saçlarda təbii dağınıqlıq və həcm effekti yaradır.
Qeyri-bərabər kəsilmiş tellər saçların daha sıx görünməsinə kömək edir, çolka isə üzü zərif şəkildə çərçivələyir.
Dağınıq piksi
Son illərdə populyarlıq qazanan bu saç kəsimi bir çox üz formasına uyğun gəlir.
Piksi saçlara həcm verir, çünki onun əsas xüsusiyyəti müxtəlif uzunluqlu laylardan ibarət olmasıdır.
Bu saç düzümü əlavə formaverici vasitələr olmadan da istifadə edilə bilər. İstəyə görə isə az miqdarda köpük tətbiq edib saçları əllə formaya salmaq kifayətdir.
Aydın
Şərhlər