"Azərbaycanda quru sərhədlərinin bağlı qalması ölkənin turizm sektoruna ciddi ziyan vurur”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Ekspert qeyd edib ki, mövcud qadağa həm gələn, həm də gedən turistlərə mənfi təsir göstərir:
"Hava nəqliyyatı turist sayını təkbaşına artıra bilmir. Məsələn, Çin və Yaponiyadan Gürcüstana və ya Avropaya gələn turistlər Ermənistana keçə bildiyi halda, Azərbaycana daxil ola bilmirlər. Ermənistanın quru sərhədləri açıqdır, regiona gələn xarici turist isə adətən yaxınlıqdakı digər ölkələri də gəzməyə üstünlük verir".
Natiq Cəfərlinin fikrincə, quru yollarının bağlı qalması hazırda yerli turizmin qarşısını kəsən bir nömrəli faktordur.
Bahar Rüstəmli
Şərhlər