Məşhur ingilis rok qrupu "The Sweet"in qurucusu Stiv Priest 72 yaşında dünyasını dəyişib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, onun ölümündən sonra qrup yoldaşları sosial şəbəkə hesabında açıqlama veriblər.
"Əziz dostlar və pərəstişkarlarımız. Ağır bir xəbərimiz var. "Sweet"in qurucularından Stiv Priest aramızdan ayrıldı. Son anlarında həyat yoldaşı Maurin, üç qızı Liza, Danielle və Moqqi ilə nəvələri Cordan, Ceyd və Hazel ətrafında idi", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, qrup 1960-cı illərin sonunda qurulub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər