Xəbər lenti

Messi karyerasını bitirəndən sonra məşqçi işləyəcək? - Özü açıqladı
İdman 17:40 13.06.2024

Messi karyerasını bitirəndən sonra məşqçi işləyəcək? - Özü açıqladı

Argentina millisinin hücumçusu Lionel Messi Paris Olimpiadasına getməyəcəyini bildirib.

Qaynarinfo bu barədə ESPN-ə istinadən xəbər verir.

"Hazırda Olimpiada haqqında düşünmək çətindir, çünki biz Amerika Kubokundayıq. İki-üç ay ard-arda klubda olmayacam. Mən hər yerdə oynamaq yaşımda deyiləm", deyə Messi bildirib.

Argentinalı futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi işləməyəcəyini bildirib.

"Mən həmişə deyirdim ki, məşqçi olmaq istəmirəm. Bu mənim xoşuma gəlmir", deyə Messi əlavə edib.

Qeyd edək ki, bundan əvvəl "Barselona" və PSJ-də çıxış edən Messi 2023-cü ildən "İnter Mayami"nin formasını geyinir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->