Abadanda uçmuş Metropol qülləsinin sahibinin qardaşı Məcid Əbdül Baqi sui-qəsdlə öldürülüb.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölmısinə istinadən xəbər
verir.
İslam Respublikasının rəsmi xəbər agentliyi olan İRNA Abadanın neft xəstəxanasının rəhbərinə istinadən yazıb ki, Məcid Əbdül Bəqinin həyatını xilas etmək üçün edilən müdaxilələr nəticəsiz qalıb.
Xəbər agentlikləri tərəfindən yayımlanan videolarda göstərilir ki, Metropol sahibinin qardaşı yaşayış binasının dayanacağında naməlum şəxslər tərəfindən güllələnib.
Mehr agentliyi avtomobildəkilərin Məcid Əbdül Baqiyə atəş açdığı anın videosunu yayıb.
Abadan Metropol Qülləsi iyunun əvvəllərində uçub və 43 nəfər həlak olub.
Bəzi məlumatlara görə, qüllənin uçması zamanı Metropol sahibi Hüseyn Əbdül Baqi ölüb. Lakin bəzi təsdiqlənməmiş məlumatlarda onun sağ olduğu bildirilir.
M.Arif
Şərhlər