Xəbər lenti

Millimiz qrupdakı rəqibi ilə yoldaşlıq görüşü keçirəcək
İdman 11:47 18.07.2022

Millimiz qrupdakı rəqibi ilə yoldaşlıq görüşü keçirəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Sloveniyaya yollanıb.
 
Azərbaycan Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Eldar Yusubovun çalışdırdığı yığma mayın 30-dan başladığı məşqləri Mariborda davam etdirəcək. 

Voleybolçularımız burada İslam Həmrəyliyi Oyunlarına və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsini keçəcəklər. Mariborda toplanış iyulun 31-də yekunlaşacaq. Hazırlıq çərçivəsində millinin Sloveniya yığması ilə bir neçə yoxlama matçı da planlaşdırılır. 
 
Voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya, İslam Həmrəyliyi Oyunlarında isə B qrupunda Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə üz-üzə gələcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->