İdman 20:11 01.04.2023

Milyarder basketbolçu məşhur şirkətin yeni filialını açdı

Həm sərmayələri, həm də karyerası ilə gündəmə gələn məşhur basketbolçu Lebron Ceyms yeni addım atıb.

Qayanrinfo-nun məlumatına görə, amerikalı əfsanə məşhur kofe brendi olan "Starbucks"un filialını açıb. İlk dəfə "House Thirty Three" adlı yerdə açılan "Starbucks"un yaxın günlərdə kofe dükanından əlavə idman və geyim mağazaları, yemək yerləri də olacaq.

Ceymsin açdığı filial isə Ohayo ştatının Akron şəhərində yerləşir. Ancaq bu filial digərlərindən bir qədər fərqli işləyir. O, bu filialdan məşq mağazası kimi istifadə edir. Doğulduğu şəhərə sərmayə qoymağa üstünlük verən basketbolçu qəhvə dükanı ilə yanaşı başqa müxtəlif bizneslər qurub. Amerikalı oyunçu Akronda yaşayan insanlara töhfə vermək istəyir.

Aktiv basketbolçular arasında yeganə milyarder oyunçu "Fenway Sports Group", "Sprill Hill Entertainment", "Uninterrupter", "Ladder" və "Blaze Pizza" kimi brendlərlə də əməkdaşlıq edib.

Səbuhi Həsənov