Xəbər lenti

Müəllimlərə qadağa qoyuldu: Şəxsi hesablarında bu paylaşımları edə bilməzlər
Ölkə 16:21 23.05.2024

Müəllimlərə qadağa qoyuldu: Şəxsi hesablarında bu paylaşımları edə bilməzlər

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

"Report”un əldə etdiyi məlumata görə, bu, yeni təsdiqlənən "Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışına görə, müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.

Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Eyni zamanda təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->