"Ukrayna üçün münaqişədə vəziyyət Qərbin kifayət qədər yardım göstərməməsi səbəbindən pisləşə bilər".
Qaynarinfo xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Das Erste" telekanalına müsahibəsində deyib.
"Biz pis xəbərlərə hazırlaşmalıyıq", deyə NATO rəhbəri bildirib.
Stoltenberq qeyd edib ki, münaqişələr mərhələlərlə inkişaf edir. O, həm pis, həm də yaxşı gündə Ukraynaya dəstək olmağa çağırıb. Şimali Atlantika Alyansının baş katibi etiraf edib ki, blokun üzvləri mərmilərə artan tələbatı ödəyə bilmirlər. Onun sözlərinə görə, Ukrayna kritik vəziyyətdədir. Stoltenberq çətin əməliyyat qərarlarını ukraynalılara və onların hərbi rəhbərliyinə yönləndirib.
Aydın
Şərhlər