Ekonomiks 09:12 22.05.2022

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

2022-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 585,8 manata çatdırılıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilir ki, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.

Eyni zamanda təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb, 2022-ci ilin yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 95 milyon 907 min 100 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 39,2 faiz çoxdur.