Xəbər lenti

Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi (FOTO)
Ölkə 10:53 03.07.2026

Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi (FOTO)

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

Qaynarinfo manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Nazirliyin Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.
 

Əşrəf Qasımov
 

Fərhad Səmədov

--> -->