"PAŞA Bank Gürcüstan"da (PASHA Bank Georgia) Risklər üzrə Baş Direktor vəzifəsinə təyinat olub.
Valyuta.az xəbər verir ki, Orxan Vahabov bankda Risklər üzrə Baş Direktor vəzifəsinə təyin edilib.
O, müxtəlif illərdə "PAŞA Bank"da Risklərin İdarə Edilməsi üzrə İdarəedici Direktor, "Expressbank"da İdarə Heyəti sədrinin müavini, "DəmirBank"da İdarə Heyəti sədrinin müavini və Risklər üzrə Baş Direktor, Azərbaycan Respublikası Mərkəzi Bankında Baş Müfəttiş və Daxili Nəzarət şöbəsinin Baş mütəxəssisi vəzifələrində fəaliyyət göstərib.
1995-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Mühasibat uçotu və audit" ixtisası üzrə ali təhsil alıb.
Qeyd edək ki, "PASHA Bank Georgia"nın İdarə Heyətində aparılan dəyişikliklər çərçivəsində əvvəl Risklər üzrə Baş Direktor vəzifəsini icra edən Levan Aladaşvili (Levan Aladashvili) Maliyyə üzrə Baş Direktor vəzifəsinə təyin edilib.
Şərhlər