Xəbər lenti

Azərbaycanın basketbol millisi səfərdə Lüksemburqu məğlub etdi
Ölkə 23:55 02.07.2026

Azərbaycanın basketbol millisi səfərdə Lüksemburqu məğlub etdi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 76:74.

Xatırladaq ki, bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.

--> -->