Xəbər lenti

DÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda
İdman 05:15 03.07.2026

DÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda

Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub.

Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb.

Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar.

Portuqaliya isə Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb. Toronto stadionunda keçirilən matçda portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geri dönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qansalu Ramuş (90+4) fərqləniblər.

Portuqaliya və İspaniya milliləri 1/8 finalda qarşılaşacaq.
--> -->