Mən özümü cəmiyyətdə çox sərbəst hiss edirəm. Maşın da sürürəm, uşaqlarla, dostlarımla, yoldaşımla küçəyə də çıxıram.
Qaynarinfo xəbər verir ki, bu sözləri musavat.com-a geniş müsahibəsində Mədəniyyət naziri Əbülfəs Qarayev cəmiyyətdə sərbəst dolaşa bilməklə bağlı sualı cavablandırarkən deyib.
O, bəzən avtomobili özünün idarə etdiyini bildirib:
"Bəli, şənbə-bazar günləri maşını özüm sürürəm. Olub ki, hətta radara da düşmüşəm, cərimə də ödəmişəm. Cərimənin məbləğinə qalanda, bir il çox verdim, növbəti illər az...”
Nazir öz səlahiyyətindən istifadə edib borcu sildirmək istəmədiyini deyib:
"Mən hesab edirəm ki, hər kəs qanun qarşısında bərabər səviyyədə məsuliyyət daşımalıdır. İlin axırında mənim büdcəmə kifayət qədər zərbə vuran bir cərimə oldu. Bu, bir neçə il əvvəl olub. Ondan sonra mən özümü yığışdırmışam. Şükür Allaha ki, qəzalar olmayıb”.
Şərhlər