Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, "Neftçi" klubu UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalını yazdırıb.
İsrail "Bney Yehuda"sı ilə 2:2 hesablı heç-heçə ölkə reytinqinə 0,125 xal gətirib. Bununla da Azərbaycanın xalları 17,500-ə çatıb.
Lakin reytinq siyahısında irəliləmək mümkün olmayıb. Daha irəli pillələrdəki ölkələrdən İsrailin 19,125 xalla 23-cü, Belarus 18,375 xalla 24-cü, Qazaxıstan 18,250 xalla 25-cidir.
Şərhlər