Xəbər lenti

Nikol Paşinyan Ərdoğana zəng etdi: Erməni xilasedicilər də Türkiyəyə göndərilir
Siyasət 21:45 07.02.2023

Nikol Paşinyan Ərdoğana zəng etdi: Erməni xilasedicilər də Türkiyəyə göndərilir

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib.

Qaynarinfo xəbər verir ki, Paşinyan dağıdıcı zəlzələdə həlak olanlara görə Ərdoğana başsağlığı verib, yaralılara şəfa diləyib.

Paşinyan bildirib ki, erməni xilasedicilərin təyyarəsi İrəvan aeroportunda uçuşa hazırlanır.

Ərdoğan Ermənistan hökumətinin başçısına kömək üçün təşəkkür edib. Türkiyə prezidenti qeyd edib ki, bu addım ikitərəfli dialoqun dərinləşməsi üçün vacib addımdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->