Xəbər lenti

“OBA” Çiyələk festivalında… (FOTO/VİDEO)
Video 11:00 23.05.2023

“OBA” Çiyələk festivalında… (FOTO/VİDEO)

Yaxın və qənaətli qonşunuz "OBA” marketlər şəbəkəsi mayın 20-də Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəlilabadda keçirilən II Çiyələk festivalında iştirak edib. 

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Seyrəngahında baş tutan festivalda müxtəlif çiyələk sortları nümayiş olunub. 

Ölkənin müxtəlif regionlarından qonaqların iştirak etdiyi festivalda "OBA” marketlər şəbəkəsinin stendi də nümayiş olunub. Maraqlı və əyləncəli yarışmalar keçirən şirkət festival qonaqları tərəfindən maraqla qarşılanıb. 

Həmçinin, festivala qatılan uşaqlara yerli brendimiz olan "Ecojoy wood toys” markasının hədiyyələri təqdim edilib. 

Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi 6 mindən çox əməkdaşı ilə vətəndaşlara xidmət göstərməkdən qürur duyur. Şirkət həmçinin, sosial məsuliyyət layihələrində yaxından iştirak edərək cəmiyyətimizə töhfə verməyə çalışır. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->