Xəbər lenti

Ötən il ölkədə yanğınlarda 40, partlayışlarda 22 nəfər ölüb
Ölkə 11:21 08.02.2025

Ötən il ölkədə yanğınlarda 40, partlayışlarda 22 nəfər ölüb

2024-cü il ərzində ölkədə baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1649 olub.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, ötən il yanğın hadisələri zamanı 40 nəfər həlak olub, 210 nəfər xəsarət alıb. Bu da 2023-cü illə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.

2024-cü il ölkədə 67 partlayış hadisəsi baş verib. Partlayışlar zamanı 33 nəfər ölüb, 99 nəfər xəsarət alıb və 31 nəfər xilas edilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->