Pakistan uzaqmənzilli "Şahin-2" raketini sınaqdan keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ordu sözçüsü General Asif Qafur məlumat verib. Sınaq uğurla başa çatıb. Nüvə başlığı daşıya bilən raket Ərəbistan dənizində yerləşən hədəfi vurmağa müvəffəq olub.
Baş nazir İmran Xan raketi istehsal edən və sınaq prosesində iştirak edən mühəndis və əsgərləri təbrik edib.
Gülşən
Şərhlər