XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

“Palitra” qəzeti fəaliyyətini dayandırdı
Ölkə07:04 07.07.2020

“Palitra” qəzeti fəaliyyətini dayandırdı

"Palitra” qəzeti avqustun 1-nə kimi fəaliyyətinə ara verib. 
Bu barədə "Report”a qəzetin baş redaktoru Esmira Balayqızı məlumat verib.
O bildirib ki, qəzet həmin müddətdə ancaq onlayn işləyəcək. Çap variantı olmayacaq:
"Digər məsələlərə rəhbərlik qərar verəcək. Həm də bizim əməkdaşlardan biri xəstələnmişdi. Redaksiyada dezinfeksiya işləri aparıldı. Bu səbəbdən ora yığışmırıq".
Qeyd edək ki, "Palitra” 14 sentyabr 1999-cu il tarixində dövlət qeydiyyatından keçib.