Xəbər lenti

Panama Trampdan BMT Təhlükəsizlik Şurasına şikayət edə bilər
Dünya 16:44 11.01.2025

Panama Trampdan BMT Təhlükəsizlik Şurasına şikayət edə bilər

Panama prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" qəzeti Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən yazıb.

"Mulino 20 Yanvardan sonra daha çox tədbir görəcəyini söylədi. Əgər seçilmiş prezident Tramp bu məsələyə yenidən toxunarsa, o, Təhlükəsizlik Şurasına üz tutacaq", deyə Balladares bildirib.

Onun sözlərinə görə, Panama prezidenti yanvarın 8-də Latın Amerikası liderlərinin Venesuela müxalifətinin lideri Edmundo Qonzaleslə görüşdüyü Panama prezident sarayında keçirilən görüşdə amerikalı siyasətçinin bəyanatlarını şərh edib. Balladares Mulinonun başqa hansı hərəkətləri edə biləcəyini dəqiqləşdirmədiyini bildirib.

Qeyd edək ki, 1999-cu ildə ABŞ 1920-ci ildə tikdiyi Panama kanalının açarlarını Panamaya təhvil veriib. Tramp bu yaxınlarda Çin ordusunun kanala nəzarət etdiyini iddia edib. O, həmçinin Amerika gəmilərinin ödədiyi tranzit haqlarından şikayətlənib və su yoluna nəzarəti yenidən ələ alacağı ilə hədələyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->