Xəbər lenti

İdman 10:46 28.02.2024

Parisdə keçiriləcək Olimpiya oyunlarına aid məxfi materiallar oğurlandı

Paris meriyasının əməkdaşının kompüteri və USB-si oğurlanıb.

Qaynarinfo-nun nməlumatına görə, hadisə həmin şəxs metroda gedərkən baş verib. Kompüter və USB-də Paris Olimpiya Oyunları ilə bağlı məxfi məlumatlar olub. Bu barədə Fransanın BFM TV şəbəkəsindən bldirilib.
 
Cihazda saxlanılan məlumatın demək olar hamısı bələdiyyə polisi də daxil olmaqla 2000 agentin yerləşdirilməsi planlaşdırılan Paris şəhər şurası tərəfindən Olimpiya tədbiri üçün təhlükəsizlik nəzarətini ehtiva edirdi. Şəhər meriyasının əməkdaşı polis bölməsinə içərisində onun kompüteri olan bel çantasının oğurlandığını bildirdikdən sonra hadisə üzə çıxıb. 56 yaşlı şəxs bel çantasını oturacağın üstündəki kupeyə qoyduğunu və qatardan enmək istəyəndə onun yerində görmədiyini deyib. 

Baş verənləri aydınlaşdırmaq, kompüter və USB-ni təhlükəsizlik kameralarının qeydləri əsasında tapmaq üçün müvafiq araşdırmalara başlanılıb.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?