Xəbər lenti

“Parlamentin yeni tərkibi fərqli olacaq” – Politoloq
Ölkə 22:45 21.06.2024

“Parlamentin yeni tərkibi fərqli olacaq” – Politoloq

"Növbədənkənar seçkilər zamanı parlamentə müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edəcək millət vəkilləri seçiləcək”. Qaynarinfo xəbər verir ki, bu təkliflə politoloq Turan Rzayev çıxış edib. 

Politoloq hesab edir ki, bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması lazımdır. 

Turan Rzayev əhalinin sayının artığını önə çəkib: "Yəni buna görə deputat sayı da arta bilər. Digər bir məqam isə vəfat edən deputatlardır ki, onların yerinə yeni deputatların seçilməsi vacibdir. Nəticə etibarilə ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması lazımdır. Bu mənada YAP İdarə Heyətinin keçirilən iclası və qəbul edilən qərarı yerində və doğrudur”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->