Dünya 11:24 28.05.2022

Pentaqon hərbçilərinin Kiyevə göndərilməsinə icazə verdi

Pentaqon və Dövlət Departamenti Kiyevdəki səfirliklərini qorumaq üçün ABŞ hərbçilərinin göndərilməsi imkanını "aktiv müzakirə edir”.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi məlumat verib.

Bununla yanaşı, o, ABŞ əsgərlərinin Ukraynadakı hərbi əməliyyatlarda iştirakının nəzərdə tutulmadığını vurğulayıb.

Bundan əvvəl Pentaqon da hərbçilərinin Ukrayna taxılının ixracına yardım etmək üçün göndərməkdən imtina etmişdi.

Bu arada, respublikaçı Adam Kinzinger Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi təqdirdə Amerika qoşunlarının Ukraynaya göndərilməsi təklifini Konqresə təqdim edib. Onun sözlərinə görə, bu, ABŞ-a təkcə öz milli maraqlarını və Ukraynanın maraqlarını deyil, həm də "bütün bəşəriyyətin təhlükəsizliyini” qorumağa imkan verəcək.
 
Alpər