Ölkə 16:50 17.07.2022

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 763 nəfər vaksinasiya olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 311, ikinci doza vaksinlərin sayı 108 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 119-dur. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 225 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 791 605, birinci doza peyvəndlərin ümumi sayı 5 361 595, ikinci doza vaksinlərin sayı 4 856 181 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 322 358, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 251 471 olub.