Xəbər lenti

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
İdman20:17 31.08.2026

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.