İdman 19:00 29.03.2024

Premyer Liqada yeni qərar: Topdaşıyanlar topu futbolçuya verməyəcək

İngiltərə Premyer Liqasında topdaşıyan uşaqlarla bağlı maraqlı qərar qəbul olunub.

Qaynarinfo-nun məlumatına görə, çempionatın təşkilatçıları meydan sahiblərinə üstünlük verilməsini əsas gətirərək topdaşıyan uşaqların topu oyunçulara qaytarması qadağan edilib. 

Qərara görə topdaşıyanlar topu birbaşa oyunçulara vermək əvəzinə, meydançanın kənarlarında yerləşən ən yaxın konusların üzərinə qoyacaqlar. Onlar topu boş konusun içərisində saxlayıb nəzərdə tutulmuş nöqtələrdə gözləyəcəklər. Lakin konusun yanında mövqe tutmayacaqlar.

Buna uyğun olaraq, oyun zamanı hər iki komandanın topdaşıyanlarına ümumilikdə 14 top veriləcək.

Səbuhi Həsənov