Artur Rəsizadə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Artur Tahir oğlu Rəsizadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
Qeyd edək ki, fevralın 25-də Artur Rəsizadənin 85 yaşı tamam olacaq. O, 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.
Şərhlər