Xəbər lenti

De Niro Trampla bağlı hökmdən danışdı:
Dünya 18:27 31.05.2024

De Niro Trampla bağlı hökmdən danışdı: "Ədalət bərqərar oldu"

Aktyor Robert De Niro ictimaiyyət qarşısında Donald Trampın məhkum edilməsinə sevinib. 

Qaynarinfo bu barədə "PageSix"ə istinadən xəbər verir.

80 yaşlı Robert De Niro ABŞ-ın keçmiş prezidenti Donald Trampın susqunluqla bağlı işində bütün 34 maddə üzrə təqsirli bilinməsindən məmnundur.

"Mən həmişə çox ehtiyatlıyam. Heç nəyə görə çox həyəcanlanmaq istəmirəm. Hər şey olması lazım olduğu kimidir. Ədalət bərqərar oldu. Hamısı bundan ibarətdir", deyə aktyor bildirib.

Mayın 31-də Nyu-York məhkəməsində münsiflər heyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampı biznes qeydlərini saxtalaşdırmaqla bağlı ilk cinayət işində təqsirli bilib - keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən "Trump Organization"un maliyyə hesabatlarını saxtalaşdırdığına görə.

Stormi Daniels davası 2018-ci ildə başlayıb. Daha sonra məlum olub ki, Tramp 2016-cı il seçkilərindən əvvəl keçmiş porno ulduzla 2000-ci illərdəki intim münasibətləri ilə bağlı açıqlama verməmək barədə müqavilə bağlayıb. İddialara görə, Daniels Trampın o zamankı vəkili Maykl Koen vasitəsilə susduğuna görə 130 min dollar alıb. Pulu kampaniya xərcləri kimi təqdim ediblər. Daniels müqaviləyə məcbur edildiyini iddia edib. Tramp əvvəlcə hər şeyi inkar edib və bildirib ki, o, Koenin porno aktrisaya pul ödəməsi üçün pulu haradan əldə edə biləcəyini bilmir.

Münsiflər heyətinin hökmündən sonra Tramp özünü siyasi məhbus elan edib: "Mən saxta məhkəmədə günahkar bilindim. Mən siyasi məhbusam".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->