XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AFFA prezidenti “Sabah” futbol klubuna uğurlar arzuladı (FOTO)
İdman20:45 10.09.2026

AFFA prezidenti “Sabah” futbol klubuna uğurlar arzuladı (FOTO)

AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan çempionu "Sabah" futbol klubuna UEFA Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıb.

Qaynarinfo xəbər verir ki, qurum rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan çempionu "Sabah" futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır. Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar", – deyə Rövşən Nəcəf bildirib.

Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirində ilk oyununu səfərdə İngiltərə təmsilçisi "Mançester Yunayted"ə qarşı keçirəcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Azərbaycan çempionu “Sabah” futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır. Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar. #AFFA Azerbaijani champions Sabah FC begin their campaign in the league phase of the UEFA Champions League today. I wish our team every success in this prestigious competition. I am confident that our players will show great determination, play exciting football and give the fans a true taste of Champions League action.