Xəbər lenti

Ukraynadakı diasporumuz Kiyevdə bir araya gəldi (FOTO/VİDEO)
Ölkə 18:39 31.05.2024

Ukraynadakı diasporumuz Kiyevdə bir araya gəldi (FOTO/VİDEO)

Kiyevdə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) növbəti toplantısı keçirilib.

Qaynarinfo xəbər verir ki, UABD-nin Baş qərargahı olan Azərbaycan Evində keçirilən toplantıda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Ukrayna Ali Radasının deputatı, Ukrayna - Azərbaycan parlamentlərarası İşçi Qrupun sədr müavini Maryan Zablotski və diaspor fəalları – alimlər, hərbçilər iştirak edib. Toplantıya onlyan formada Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev də qatılıb.
 

Toplantıda çıxış edən UABD sədri, Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov soydaşlarımızın müharibə şəraitində yaşamalarına baxmayaraq mütəmadi olaraq görüşlər keçirdiklərini, Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı istiqamətində müzakirələr təşkil etdiklərini bildirib. Diasporun müharibə zamanı fəaliyyətinə toxunan H.Cavadov Azərbaycan dövlətinin davamlı olaraq Ukraynaya humanitar yardım göstərdiyini qeyd edib. O, bildirib ki, belə bir çətin zamanda Azərbaycanın göstərdiyi humanitar yardımı Ukrayna hökuməti və ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

H.Cavadov çıxışında həmçinin görülən işlərdən və gələcək planlardan bəhs edib.

Ukrayna Ali Radasının deputatı, Ukrayna - Azərbaycan parlamentlərarası İşçi Qrupun sədr müavini Maryan Zablotski Azərbaycanla münasibətlərə hər zaman əhəmiyyət verdiklərini qeyd edib. Maryan Zablotski qeyd edib ki, davam edən müharibə zamanı Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyi unudulmayacaq. O, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu ilə daima təmasda olduğunu qeyd edib.

Toplantıya onlayn qatılan Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev çıxışında birgə əməkdaşlıqdan danışıb. Qarabağa səfərindən söhbət açan səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı işlərin Ukrayna üçün də təcrübə olacağına əminliyini ifadə edib.

Tədbirə onlayn qatılan tanınmış azərbaycanlı idmançı, Kırvoy-Roq şəhərində yaşayan soydaşımız Amil Mehdiyev Dünya çempionatında iştirak xərclərini qarşılayan UABD-yə təşəkkürünü bildirib. A.Mehdiyev qeyd edib ki, Macarıstanda keçiriləcək çempionatda təkcə ukraynalı idmançı kimi deyil, həm də Ukraynada olan Azərbaycan diasporunun nümayəndəsi kimi iştirak edir.

Toplantıda çıxış edən diaspor fəalları Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) Ukraynadakı diasporumuza və keçirilən tədbirlərə dəstəyini müsbət qiymətləndiriblər. Qeyd olunub ki, belə bir çətin dövrdə DABF-ın dəstəyi qarşıya qoyulan işlərin həyata keçməsində yardımçı olub.

Xatırladaq ki, Ukraynadakı diasporumuz (Azərbaycan evi) öz imkanları hesabına fəaliyyət göstərir və Azərbaycan dövlətindən heç bir dəstək almır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->