Xəbər lenti

Almaniyada canlı yayım zamanı terror törədildi (VİDEO)
Dünya 17:01 31.05.2024

Almaniyada canlı yayım zamanı terror törədildi (VİDEO)

Almaniyada terrorçu canlı yayımda bir neçə nəfərə hücum edib. Manheym şəhərində Avropanın islamlaşmasına qarşı etiraz aksiyası zamanı bir nəfər insanları bıçaqlamağa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow times” məlumat yayıb.

Bir neçə mülki şəxs və bir polis əməkdaşı yaralanıb. Etiraz aksiyasında iştirak edənlərdən biri, siyasətçi Maykl Ştürzenberqer yaralanıb. Hücum edən şəxs polis tərəfindən güllələnib.

Ştürzenberqer Almaniyada Münhendə məscid tikintisinə qarşı petisiyaya on minlərlə vətəndaş imzası toplamaqla şöhrət qazanıb. "Bild” yazır ki, Ştürzenberqer iki dəfə məhkum edilib: bir dəfə polis məmurunu təhqir etdiyinə görə, ikinci dəfə "nifrət və dini tədrisləri alçaltdığına” görə.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->