Xəbər lenti

Zatulinin erməni təəssübkeşliyi: Rus deputat niyə yalan danışır? (ŞƏRH)
Siyasət 16:58 31.05.2024

Zatulinin erməni təəssübkeşliyi: Rus deputat niyə yalan danışır? (ŞƏRH)

"Zatulini narahat edən Qarabağdakı oyunlara son qoyulmasıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

Cümşüd Nuriyev bildirib ki, Zatulinin Azərbaycan əleyhinə belə sərsəm fikirlər irəli sürməsi ilk dəfə deyil:

"Zatulin yenə də öz ampulasındadır. "Lazarev klubu" da ermənilərə xidmət edən qurumdur. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət nəticəsində rus sülhməramlılarının Qarabağdan vaxtından il yarım qabaq çıxması Rusiyadakı ermənipərəstləri həddən artıq məyus edib. Ona görə də onlar bir növ Azərbaycana çirkab atmaqdan ötrü yarışa çıxıblar. Zatulin də belələrinin önündə gedir. Tarixən sübut olunub ki, ermənilər Qarabağa 1828-ci ildən sonra köçürülüblər. Onlar Türkmənçay müqaviləsi imzalandıqdan sonra Qarabağa gəliblər. Ona qədər də, yəni İslam dinini qəbul edənə qədər, 200 il müddətində Azərbaycanda xristianlıq da mövcud olub. Albanların da olması birmənalı şəkildə qəbul olunur. Sak tayfaları da heç zaman erməni olmayıb. Zatulini narahat edən odur ki, özlərinin Qarabağda törətdikləri oyunlara son qoyulub". 
 


Həmsöhbətimiz Zatulinin təxribatçı olduğunu vurğulayıb:

"Qarabağdakı kilsələr alban kilsələridir. Zatulin heç olmasa, savadı varsa, Kəlbəcər rayonu ərazisində əhalinin siyahıya alınmasına baxsın. Onda görəcək ki, Kəlbəcər ərazisində bir erməni də yoxdur. Bu kilsələrin hamısı alban kilsələridir və onun ermənilərlə heç bir əlaqəsi yoxdur. Zatulin bu dərəcədə ağılını itirib ki, məsələni bu müstəviyə gətirir? O, təxribatçıdır. Onun MDB komissiyasında olması nəyisə həll etmir. Bu adam Rusiyanın özünün düşmənidir. Paşinyan Rusiya ilə əlaqələri kəsir. KTMT-nin iclasına da qatılmayıb. Ona cavab vermək əvəzinə, özlərinin imperiya siyasətini erməni müstəvisinə keçirib, bu müstəvidə danışmağa çalışır. Zatulin bununla göstərdi ki, siyasi və tarixi savadı yoxdur".

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb. Zatulin Moskvada keçirilən "Lazarev klubu"nun 6-cı iclasında öz çıxışı ilə Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmədiyini ortaya qoyub. Rusiyalı deputat bildirib ki, guya Qarabağ ərazisindəki "erməni kilsələri" albanlaşdırılır. Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb. O, iddia edib ki, Qarabağdakı alban kilsələri guya, əslində, erməni kilsələridir. 

Zatulin Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastırı barədə də danışaraq, erməni təəssübkeşliyini daha da qabardıb: "2020-ci ildə sülhməramlılarımız Qarabağa daxil olarkən, erməni tərəfinin xahişi ilə Dadivank monastırında (Xudavəng monastırını nəzərdə tutur - red.) xüsusi post yaradılmışdı. Erməni tərəfi bu monastırın qorunub saxlanmasının vacibliyində təkid edirdi. Bu gün bilirsiniz ki, artıq orada sülhməramlıların postu yoxdur və bu monastırın adı artıq dəyişdirilib, Azərbaycan transkripsiyasında başqa adla gedir. Bu, mədəni və tarixi irsə qarşı birbaşa cinayətdir və hesab edirəm ki, məsələ mütləq bizim yekun bəyanatımıza daxil edilməlidir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->