Siyasət 11:33 30.06.2022

Prezident: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi”

"Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı məcburi köçkünə çevrilmişdi".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən hər kəs 30 ilədək davam etmiş işğalın gətirmiş olduğu vandallığın və dağıntıların şahidi ola bilər.