Xəbər lenti

Prokurorluq futbol federasiyasına qarşı istintaq işi açıb
İdman 22:01 23.11.2023

Prokurorluq futbol federasiyasına qarşı istintaq işi açıb

Bolqarıstan millisinin 2004-cü ildən bəri beynəlxalq turnirlərdə iştirak edə bilməməsi uzun müddətdir federasiya prezidenti olan Borislav Mixaylova qarşı təzyiqləri artırıb. 

Qaynarinfo-nun məlumatına görə, AVRO-2024-ün seçmə mərhələsində G qrupunda sonuncu yeri tutduğu üçün turnirə vəsiqə qazana bilməyən bolqarlar 2002-ci ildən dünya, 2004-cü ildən isə Avropa çempionatlarında iştirak etmir. 

Bolqarıstanlı futbolsevərlər 1994-cü ildə keçirilən dünya çempionatında yarımfinala qədər irəliləyən Bolqarıstanın qapısını qoruyan və uzun müddət federasiya prezidenti kürsüsündə oturan Borislav Mixaylovun istefasını tələb edir. 

Ötən ay Albaniya və Litvaya məğlubiyyətlərdən sonra ölkə daxilində etirazlar artıb. Azarkeşlər son vaxtlar liqa oyunlarının 18-ci dəqiqəsində federasiyanı uzun müddətdir idarə edən Mixaylov və onun ətrafına yönəlmiş "istefa” şüarları səsləndirirlər. İlk dəfə 2005-ci ildə prezident seçilən, 2019-cu ildə hökumətin təzyiqi ilə istefa verən Mixaylov 18 ay sonra yenidən kürsüdə yer alıb. Bolqarıstanın baş prokurluğunda ötən həftə futbol idarəçiliyi və müxtəlif korrupsiya ittihamları ilə bağlı federasiyaya qarşı istintaq işi açılıb.

Baş nazir Nikolay Denkov da FİFA prezidenti Canni İnfantinoya məktub göndərərək, Mixaylovu federasiya prezidentliyindən uzaqlaşdırmağa çağırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->