Dünya 17:28 05.08.2022

Putin Ərdoğan təşəkkür etdi: "Avropa Türkiyəyə minnətdar olmalıdır" (YENİLƏNİB)

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

Qaynarinfo xəbər verir ki, Putin Ukrayna taxılının tədarükü və Rusiya məhsullarının daşınması probleminin həllində iştirakına görə Ərdoğana təşəkkür edib.

"Tədarük prosesinə start verilib. Rusiya ərzaq məhsullarının və gübrələrinin də dünya bazarlarına çıxarılması və fasiləsiz tədarükü haqqında qərar qəbul edilməsinə görə sizə minnətdarlığımı bildirmək istəyirəm”, deyə Rusiyanın dövlət başçısı qeyd edib.

Putin həmçinin bildirib ki, Avropa Rusiyadan təbii qazın fasiləsiz axınına görə Türkiyəyə minnətdar olmalıdır. O, həmçinin, Türkiyənin Suriyada vəziyyətin normallaşmasına dair atdığı addımların vacibliyini də vurğulayıb.

Ərdoğan isə çıxışında bildirib ki, bu gün müzakirə edib nöqtəsini qoyacaqları mövzular Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açacaq.

O qeyd edib ki, Suriya ilə bağlı müzakirə edəcəkləri mövzular isə region üçün böyük əhəmiyyət kəsb edəcək.

Ərdoğan, həmçinin, energetika sahəsində əməkdaşlığın da müzakirə olunacağını əlavə edib.

16.27
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Danışıqlar Soçidəki "Rus” sanatoriyasının "İmperial" korpusunun Yaşıl zalında gedir.
 
15.48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsi Soçi hava limanına enib.

Bildirilib ki, bu gün Bakı vaxtı ilə saat 16:00-da Türkiyə lideri ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.