Dünya 21:10 07.02.2023

Putin hesabını səhv götürübmüş: Avropada dizelin qiyməti düşür

Aİ-də dizel yanacağının fyuçers qiymətləri 1,6% ucuzlaşıb ki, bu da son iki həftə ərzində 20% ucuzlaşma deməkdir.

Qaynarinfo CNN-əl istinadla xəbər verir ki, regionda tələbat azalıb və Rusiyanın enerji resurslarına qadağanın tətbiqindən əvvəl ölkələrin ehtiyat toplamaq səyləri öz bəhrəsini verib.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Avropa İttifaqında yük maşınlarının təxminən 96%-i, furqonların 91%-i və minik avtomobillərinin 42%-i bu yanacaqla işləyir.

"Qadağanın tətbiqindən sonra Avropaya dizel yanacağının tədarükünün azalacağı güman edilirdi, lakin reallıqda bu, hazırda baş vermir”, - Wood Mackenzie konsaltinq şirkətinin tədqiqat direktoru Mark Uilyams bildirib.

Analitiklər azalmanın səbəbini qismən dizel yanacağının həm də istilik yanacağı kimi istifadə edildiyi regionda havaların adi haldan daha isti keçməsi və qiymətlərin baha olması ilə əlaqələndiriblər. Son düşüşə baxmayaraq, topdansatış qiymətləri hələ də ötən ilki səviyyədən 10% yuxarıdır.

Alpər