Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya sülhməramlıları Qarabağda dinc əhalini qorumaq üçün əlindən gələni edir. O, bunun vəziyyətin gərginləşməməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat
yayıb.
"Rusiya sülhməramlıları mülki insanları qorumaq üçün hər şeyi edir. Biz İrəvanda, Stepanakertdə (Xankəndi nəzərdə tutulur – red.) və Bakıda hakimiyyət orqanları ilə daim əlaqə saxlayırıq. Ümid edirik ki, gərginliyin azaldılmasına nail ola bilərik və problemi dinc axara keçirə bilərik”, - o deyib.
Xatırladaq ki, dünən, sentyabrın 19-da Azərbaycan Qarabağda "antiterror əməliyyatı”na başlayıb. Bu gün, sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi saat 13:00-dan "antiterror əməliyyatı”nın dayandırılması barədə razılığa gəldiyini elan edib. Separatçı rejim silahları yerə qoymağa razılaşıb. Sazişin əlaqələndirilməsində Ermənistan tərəfi deyil, Rusiya sülhməramlıları iştirak edib.
Nizami Bağırov
Şərhlər