"Vladimir Putinin son
açıqlaması Azərbaycanın maraqlarına cavab verir”.
Bunu Qaynarinfo-ya
açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin
Qarabağ münaqişəsi ilə bağlı son fikirlərini şərh edərkən deyib. Politoloq qeyd
edib ki, Putinin fikirləri Ermənistana ciddi mesajdır:
"Putin deyir ki, Azərbaycanın
işğal altındakı torpaqları qaytarılmalıdır. 5 rayonun adını çəkir. Kəlbəcər,
Lacın, Şuşa da qaytarılmalıdır. Ermənilərə Azərbaycanın tərkibində hansısa bir
muxtariyyət verilə bilər. Ermənilər Rusiyaya, Putinə çox ümid bəsləyirdilər.
Putin açıq şəkildə Ermənistana dedi ki, mənə ümid bəsləməyin, Azərbaycanın ərazi
bütövlüyünü tanyın”.
Qeyd edək ki, Rusiya
prezidenti Vladimir Putin "VTB Kapital”ın "Rusiya çağırır!” investisiya
forumunun plenar iclasında Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndirib.
Qarabağ münaqişəsinin bu həddə qədər gəlib çatmasında SSRİ rəhbərliyini
günahlandıran Rusiya prezidenti Vladimir Putin "Azərbaycan bildirir ki, bu
7 rayonun nə etnik münaqişəyə, nə də Ermənistana heç bir aidiyyatı yoxdur,
bunlar əzəli Azərbaycan torpaqlarıdır. Azərbaycan həmçinin deyir ki, bizim bu
torpaqları qaytarmağa və Qarabağ problemini həll etməyə haqqımız var. Başa
düşürsünüzmü, hər kəsin öz həqiqəti var. Burada asan həll yolu yoxdur, çünki məsələlər
çox qarışıqdır", - deyə Putin bildirib.
Bahar Rüstəmli
Şərhlər