Xəbər lenti

Qadınların 15, kişilərin 5 faizi 100 ildən artıq yaşayacaq - Yeni araşdırma
Sağlamlıq 23:35 08.10.2024

Qadınların 15, kişilərin 5 faizi 100 ildən artıq yaşayacaq - Yeni araşdırma

Bəşəriyyət ömrün yuxarı həddinə yaxınlaşır. 

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Çikaqodakı İllinoys Universitetinin amerikalı alimləri gəlib. Tədqiqat "Nature Aginig" (NatAge) elmi jurnalında dərc olunub.

Gözlənilən ömür uzunluğu ölüm nisbəti sabit qalarsa, müəyyən bir ildə doğulmuş bir insanın yaşaya biləcəyi orta il sayının təxminidir. Gözlənilən ömür uzunluğu dünyada sağlamlığın əsas göstəricilərindən biridir.

Yeni araşdırmada komanda Maks Plank Demoqrafik Tədqiqatlar İnstitutu tərəfindən idarə olunan bazadan götürülmüş 1990-2019-cu illər arasında ömür uzunluğu təxminlərini izləyib.

Nəticələr göstərib ki, qadınlar orta hesabla kişilərdən daha uzun yaşamağa davam edir. Ümumi ömür uzunluğundakı artım da davam edir, lakin proses yavaşlamağa başlayıb. 1990-cı illərdə qlobal göstərici 10 ildə 2,5 il artıb. 2010-cu ildən 2020-ci ilə qədər cəmi 1,5 il olub.

2020-ci ildən 2030-cu ilə qədər gözlənilən ömür uzunluğunun ən yaxşı ssenaridə daha 1,5 il artacağı gözlənilir.

Tədqiqatçılar həmçinin dünyada 100 yaşlıların sayının artdığını qeyd ediblər, lakin bu, ümumi insan əhalisinin artması ilə əlaqədardır. Mütəxəssislər hesab edirlər ki, yaxın gələcəkdə əksər ölkələrdə qadınların 15%-dən, kişilərin isə 5%-dən azı 100 illik həddinə çatacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->