Xəbər lenti

İdman 18:40 05.02.2025

"Qalatasaray" daha bir əcnəbi futbolçu ilə danışıqlara başladı (RƏSMİ)

Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"un futbolçusu Mario Lemina ilə danışıqlara başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.

Qabonlu müdafiəçi 2023-cü ildən "Vulverhempton"un şərəfini qoruyur. O, əvvəllər Fransanın "Loryan", "Nitsa", İtaliyanın "Yuventus", İngiltərənin "Soutqempton" və "Fulhem" klublarında fotma geyinib. Lemina 2019-2020-ci il mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->