Xəbər lenti

İdman 10:49 13.06.2024

"Qarabağ" bu mövqelərə oyunçu axtarır

Fabiyan Buntiçlə münasibətləri rəsmiləşdirən "Qarabağ" transfer çalışmalarını davam etdirir.

Ağdam təmsilçisi 2 mövqeyə oyunçu axtarır. Qurban Qurbanovun komandası əsasən qolkiper və sağ cinah vingerinə ehtiyac duyur.

Luka Quqeşaşvilinin getmək ehtimalı olduğundan Ağdam klubu yeni qapıçı axtarışındadır.

Kadi Borgesin "Qarabağ"ı tərk etməsindən sonra sağ cinahda boşluq hiss olunurdu. Düzdür, burada Leandro Andrade çıxış edirdi. Lakin afrikalının da getmək ehtimalının olması yenidən bu mövqeyə oyunçu axtarışların başlaması ilə nəticələnib. //Offsideplus.az 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->