İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində, İran-Türkiyə sərhədində zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, yeraltı təkanın gücü 4,4 bal gücündə olub. Zəlzələ 7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, ötən ay həmin bölgədə baş vermiş zəlzələ nəticəsində Türkiyənin Van şəhərinin bir neçə kəndində 9 nəfər ölüb, 54 nəfər xəsarət alıb.
Şərhlər