Xəbər lenti

Qoca direktorlar gənc həmkarlarını necə sıradan çıxarır? - Ekspert
Ölkə 18:33 14.06.2023

Qoca direktorlar gənc həmkarlarını necə sıradan çıxarır? - Ekspert

"Əskər orta məktəblərin direktorlarının yaşı ötüb, onlar qocalıblar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli deyib. Onun sözlərinə görə, 65 yaşı keçən müəllimin idarəetmədə qalmağı doğru deyil. "Son zamanlar həm birinci sinifə qəbul, həm də 11-ci sinifi bitirənlərlə bağlı orta məktəblərdə ciddi problemlər yaşanır, mətbuatda, sosial şəbəkələrdə videolar paylaşılır. Bu bir il əvvəl yaradılan problemlər deyil, xroniki olaraq sovet ənənəsindən qalır və bu gün də davam edir. Valideyn komitələri adı altında müxtəlif tədbirlərin keçirilməsi, ailələrdə əlavə ödənişlər, hədiyyələrlə bağlı "bizim uşağımız başqasının yanında niyə utansın” söz-söhbətlər də yaranır. Uşaqların psixologiyası  1-ci sinifdən 11-ci sinifə kimi müxtəlif tədbirlərdə pozulur. Müəllim günü, 8 mart qadınlar bayarmı və s. kimi tədbilər uşaqların psixologiyasına zərbə vurur.  Uşaqlar da artıq sosial şəbəkələrdən istifadə edirlər, rüşvət, özünü yaxşı göstərmək kimi meyilləri geniş yayılıb, təlim-tərbiyyəyə mənfi təsir göstərir”,- deyə N.Bəydəmirli vurğulayıb.

Ekspert hesab edir ki, müəllim kollektivinin özünə direktor seçmək imkanı tanınmalıdı: 

"Təhsil müəssisələrinə muxtariyyət statusları verilməlidir. Bütün dünyada, əksər sivil ölkələrdə bu  belədir. Əgər müəllimlərin yaşı 65-i keçibsə, pensiya  yaşı təyin olunubsa ondan sonra idarəetmədə qalmağının doğru və etik olmadığı qənaətindəyəm.  Bu, bir normaya çevrilməlidir, hər kəs bu yaşda yaxşı pensiya ilə istirahətə yollanılmalıdır.Hətta Milli Məclisdə belə fikirlər səsləndirilir ki, 70 və daha yuxarı yaşda insanlar idarəçilikdə ola bilərlər, yaxud da onlar nəylə dolanmalıdırlar. Belə qeyri-ciddi arqumentlər gətirərək, gənc nəslin qarşısını alırlar”.

İqtisadçı hesab edir ki, bu sahədə yenilik olmadığından idarəetmə Sovet İttifaqından qalan təfəkkürlə davam edir. "Əslində, bir çoxları klassik anlamda filmlərdə gördüyümüz qoca arvadlar rolunu oynayırlar. Bu heç də təhqir kimi qəbul olunmamalıdır. Folklorumuzda olan məsələrlə bağlı fikir çatdırıram ki, hər halda məktəb direktoru daha gümrah, daha şən olmalıdır. Ancaq bu qocalar çıxışının əvvəlindən axırına kimi idarəçiliyə yaltaqlıq, məddahlıq nümayiş etdirən şəxslərə çevriliblər. Belə təhsil ocaqlarında oxuyanlar nə öyrənib, nə görə bilərlər? Belə şeyləri qəbul etmirəm, hesab edirəm ki, yenilənmə olmalıdır”,- N. Bəydəmirli qeyd edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->