İranın cənubunda 4,4 bal gücündə zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ Kerman şəhərindən 126 kilometr cənubda, yerli vaxtla saat 09:35-də qeydə alınıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.
Şərhlər